Bizim missiyamız — sərnişinlərlə sürücülərin qarşılıqlı təsirini yaxşılaşdırmaq, insanlara öz hədəflərinə doğru irəliləməkdə yardımçı olmaqdır.

Biz 2003-cü ildən başlayaraq, taksi sifarişinin innovasiya texnologiyalarını yaradırıq. Bu texnologiyalar xidməti daha müasir, əlçatan və təhlükəsiz edir. Həm meqapolislərin, həm də əyalət şəhərlərinin spesifikasını nəzərə alaraq, biz sərnişinlərə taksini hər cür rahat üsulla çağırmağa, sürücülərəsə axtarış və sərnişinlərin daşınması proseslərini optimallaşdırmağa, boş gediş və durmaları azaltmağa imkan yaradırıq.

Şirkətin tarixi Uralın balaca Şadrinsk şəhərində kiçik taksi xidmətindən başlayıb. Şirkətin əsasını Kurqandan olan gənc mühəndislər — texnoloji proseslərin və istehsalların avtomatlaşdırması üzrə mütəxəssislər qoyublar.

Təsisçilər özləri də şirkətə dəvət edilmiş sürücülərlə birgə şəxsi avtomobillərində taksi sürücüsü işləyiblər.

Onlar sifarişlərlə işi maksimum avtomatlaşdırmaq və taksi xidmətini kütləvi etmək istəyiblər.

Şirkət işinin fasiləsiz təkmilləşdirilməsi təsisçiləri əmək bölgüsünə gətirib çıxardı. Hər kəs öz işini etməlidir: biriləri müasir əlaqə-mərkəzləri tikməli və operatorları öyrətməli, digərləri proqram məhsullarını hazırlamalı və texniki dəstək göstərməli, üçüncülər sərnişinləri və daşıyıcıları cəlb etməli, dördüncülər daşınmalarla məşğul olmalıdırlar. İndi xidmətin göstərilməsi üçün ən müxtəlif məlumat sahələrində mütəxəssislərin komandaları birgə işləyir.

İlk altı il ərzində iş dörd şəhərdə qaydaya salındı, effektli biznes-proseslər quruldu və qarşılıqlı sərfəli əməkdaşlığın ənənələri hazırlandı ki, bütün bunlar gələcəkdə şirkətin genişlənməsinə şərait yaratdı. Beləliklə, biz 2009-cu ildə yeddi yeni şəhərdə birdən bölmələr açdıq, 2010-cu ildə bu rəqəm 17 oldu, sonra temp bir il ərzində 22 şəhərə qədər çatırdı!

Biz hər şəhərdə rəqabəti gücləndiririk, sürücülərə iş veririk, vergilər ödəyirik, insanların və iqtisadiyyatın rifahı üçün işləyirik.

Biz fəxr edirik ki, cəhdlərimiz və təcrübəmiz sayəsində xidmətin fəaliyyətini təmin edən və biznesi çevik idarə etmək üçün detallı analitika təqdim edən güclü proqram-aparat kompleksi hazırlanıb. Bizim tələblərimiz əsasında operatorların peşəkar təlimi sistemi hazırlanıb. İndi sutka boyu telefonla, bizim saytımızdan və "Maxim: taksi sifarişi" əlavəsi vasitəsilə ötürülən sifarişlərin böyük bir hissəsini Rusiya Federasiyasında sərnişin və yük daşınmalarına sifarişlərin qəbulu və emalı üzrə ən iri ixtisaslaşdırılmış əlaqə-mərkəz qəbul edir. O, həmçinin "Taxsee driver" əlavəsi vasitəsilə sifarişlərlə işləyən sürücülərə xidmət edir.

Biz 2014-cü ildən başlayaraq, Rusiya Federasiyasından kənarda da işləməyə başladıq, taksi sifarişi xidmətinin bölmələrini Ukraynada, Qazaxıstanda, Gürcüstanda, Bolqarıstanda açdıq. Biz beynəlxalq miqyaslı şirkətədək böyüdük.

Biz qlobal brend olmağa çalışırıq ki, müştərilərimiz müxtəlif şəhərlər və ölkələr üzrə səyahət edərkən hər yerdə "Maxim" taksi sifarişinin xidmətlərindən istifadə edə bilsinlər.

Bizə dünya bazarının liderləri ilə eyni səviyyədə texnologiyalar və biznes yaratmaq xoşdur.

Getmək vaxtıdır!